manera.az
manera.az

Eşq dəlilikdir - Şekspirin aforizmləri

26-09-2019, 10:58

Eşq dəlilikdir - Şekspirin aforizmləri
Manera.az ingilis dramaturq və şairi Uilyam Şekspirin aforizmlərini təqdim edir:

Allah sizə bir üz verib; bir dənə də siz əlavə etməyin.

Sevinc səmimiyyət olan evlərdə yaşayır.

Ən çox peşman olduğum şey; peşman olacağam deyə edə bilmədiklərim və toxuna bilmədiklərimdir.

Namus gözəgörünməz şeydir, çox zaman heç namusu olmayanlar da onunla fəxr edirlər.

Daha yaxşı yaxşının düşmənidir.

Bəziləri anadan böyük doğulur, bəziləri böyüklüyü fəth edir, bəzilərinə isə böyüklük bəxş olunur.

Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir.

Ağlın bağlamadığı dostluğu, ağılsızlıq rahatca poza bilər.

Optimist yaranın üstündə qabıq, pessimist isə qabığın altında yenə yara görər.

Heç bir miras düzgünlük qədər zəngin deyil.

Ah! Bu qədər əhvalatlar oxudum, dastanlar eşitdim, eşqin yolu həmişə kələ-kötürdür.

İgidlik intiqam qazanmaqda deyil, dözüm göstərməkdədir.

Eşq dəlilikdir.

Danışmamışdan əvvəl düşün, hərəkət etməmişdən əvvəl ölç.

Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur.

Ötmüş fəlakətə kədərlənmək yenisini dəvət etməyin ən əmin yoludur.

Hiss edirəm ki, insana bədbəxtlik, çətinlik, yoxsulluq, ya da qəm-qüssə lazımdır, yoxsa adam özünü tez unudar.

Bütün sevənlər edə biləcəklərinin daha çoxunu edəcəklərinə and içirlər, lakin edə biləcəklərini belə etmirlər.

Ən yaxşını tapmaq istəyərkən yaxşını da itiririk.

İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz.

Əslində, heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında düşündüyümüzə bağlıdır.

Fəlakət,dost sayını sıfıra endirər.

Bir böhtan başqa böhtanları doğurar.

Hamını dinlə, ancaq çox az insana cavab ver.

İnsanlar etdikləri pisliklər arxasında yaşayıb, yaxşılıqları çox vaxt sümükləriylə birlikdə basdırılar.

Mən sənin eşqinlə güclüyəm inan
Bütün Yer üzünün krallarından.

Yağışı sevdiyini söyləyirsən, amma yağış yağanda çətiri açırsan, günəşi sevdiyini söyləyirsən, amma günəş çıxanda kölgəyə qaçırsan, küləyi sevdiyini söyləyirsən, külək başlayanda pəncərəni örtürsən. Bax bundan qorxuram, çünki məni də sevdiyini söyləyirsən.

Sevən insan ilk baxışdan sevər.

Ayrılığın göydəki ulduzlar qədər növü var.

Buz kimi ləkəsiz, qar kimi təmiz olsan da, böhtandan qurtula bilməzsən.

Dodaqların şərab kimidir və mən sərxoş olmaq istəyirəm.

Həqiqət yerin yeddinci qatında olsa da, bir gün ortaya çıxır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031