Müharibə sülhdür, Azadlıq köləlik / "1984" - dən sitatlar

Tarix:8-08-2019, 16:00 Baxış Sayı:63

Müharibə sülhdür, Azadlıq köləlik / "1984" - dən sitatlar
Corc Oruelin 1984-ü yazıldığı dövrdə olduğu kimi, bu gün də öz aktuallığını qorumaqdadır. Maraqlıdır ki, bu antiutopik elmi-fantastik əsər gələcək haqqındakı bütün fəlsəfi və elmi qeydlərdən daha təsirli bir mövqeyə sahibdir.

1984 bu günə qədər yazılan ən təsirli romanlardan biridir və insanlıq üzərində dərin bir təsiri vardır. Əsərin 1949-cu ildə yayınlanmasından bu yana, əsərdə adı keçən konsepsiyaların bir çoxu hətta gündəlik danışıq dilinə də daxil olmuşdur. Məsələn: Big brother (böyük qardaş), doublethink (iki müxtəlif əks ideyalara eyni anda inam), thought-crime (fikir cinayəti), Newspeak və Room 101 kimi ifadələrin hamısı Orueldən gəlmişdir. Bundan başqa kitabın təsiri ilə bu gün Orwellian ifadəsi rəsmi hiyləgərliyi, gizli nəzarəti və keçmişin totalitar və avtoritar bir dövlət tərəfindən manipulyasiya edilməsini təsvir edən bir termindir. Oruel ümid edirdi ki, 1984-ü yazaraq gələcəkdə belə bir dövlətin meydana gəlməsinin qarşısını alacaq. Bu sitatları oxuyun və özünüz qərar verin.

“Əgər bir sirr saxlamaq istəyirsinizsə, bunu özünüzdən belə gizlətməyiniz lazımdır.”

“Keçmişə nəzarət edən gələcəyə nəzarət edər. Bu günə nəzarət edən keçmişə də nəzarət edər.”

“Gələcəyin rəsmini görmək istəyirsinizsə, bir insanın üzünə vurulan damğayı xəyal edin; sonsuza qədər.”

“Müharibə sülhdür. Azadlıq köləlikdir. Cəhalət gücdür.”

“Big brother (Böyük qardaş) səni izləyir.”

“Doublethink iki ziddiyyətli inancı eyni anda beyində tutmağın və ikisini də qəbul etməyin gücü anlamına gəlir.”

“Onlar şüurlu hala gələnə qədər əsla baş qaldırmayacaqlar və əgər baş qaldırmazlarsa, əsla şüurlu olmayacaqlar.”

“İnsanlıq üçün seçim azadlıq və xoşbəxtlik arasındadır və böyük əksəriyyət xoşbəxtliyi seçər.”

“Partiya öz istəyi əsasında güclənmək istəyir. Başqalarının yaxşılığı ilə maraqlanmırıq; sadəcə güclə, əsl güclə maraqlanırıq.”

“Pravoslavlıq düşünməyi lazım bilməyən düşüncə mənasına gəlir. Pravoslavlıq şüursuzluqdur.”

“Hər şeydən öncə, iki üstəgəl ikinin dörd etdiyini hardan bilirik? Və yaxud cazibə qüvvəsi necə olur? Və yaxud da keçmiş dəyişməzmi? Əgər həm keçmiş, həm də xarici dünya təkcə düşüncələrimizdə var olsa və əgər nəzarət edilə bilinirsə - bəs onda necə?”

“Güc bir vasitə deyil, bir sondur. Kimsə inqilabı qorumaq üçün diktatorluq qurmaz. Diktatorluq qurmaq üçün inqilab edər. Zülmün məqsədi zülmdür. İşgəncənin məqsədi işgəncədir. Gücün məqsədi gücdür.”

Tərcümə: Eldar OmarovБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ