Maksimum bal toplayan abituriyent - Foto

Tarix:19-07-2019, 19:37 Baxış Sayı:163

Maksimum bal toplayan abituriyent - Foto
İyulun 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən bir nəfər maksimum nəticə göstərib.
Bakı şəhəri 192 nömrəli məktəbin məzunu Səbinə Zülfiyeva III ixtisas qrupu üzrə 400 bal toplayıb.

Səbinənin ümumi nəticəsi 670 baldır. O, buraxılış imtahanında 269,8 bal, ikinci qəbul imtahanında 400 bal yığıb. Birinci qəbul imtahanında isə 362.2 bal toplayıb.

Təəssüratlarını danışan S. Zülfiyeva bildirib ki, maksimum nəticə göstərdiyi üçün çox sevinclidir. O, Bakı Dövlət Universitetində və ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq fakültəsində oxumaq istəyir. /azvision.az/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ