manera.az
manera.az

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edəcək

19-06-2019, 15:57

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edəcək
Təhsil naziri Ceyhun Bayramov iyunun 28-də saat 10:00-da Şəki şəhərindəki Heydər Əliyev Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək.

Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən Manera.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar iyunun 18-dən 21-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031