ADPU-də “Açıq qapı günü”

Tarix:21-05-2019, 04:46 Baxış Sayı:258


ADPU-də  “Açıq qapı günü”
Mayın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində “Açıq qapı günü” keçirilib.

MANERA.AZ xəbər verir ki, fakültənin dekanı, professor Mahirə Hüseynovanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, digər fakültələrin dekanları, media nümayəndələri, Bakı şəhəri və Bakıətrafı orta ümumtəhsil məktəblərinin müəllimləri və buraxılış sinif şagirdləri iştirak ediblər.

“Açıq qapı günü”ndə fakültənin nəzdində fəaliyyət göstərən Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası, Müasir Azərbaycan dili, Azərbaycan və dünya ədəbiyyatı, Ədəbiyyat və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedralarının elmi-pedaqoji və metodik fəaliyyəti sərgi və videotəqdimatlarda nümayiş etdirilib.

Rektor Cəfər Cəfərov və fakültənin dekanı, professor Mahirə Hüseynova orta ümumtəhsil məktəblərinin müəllimləri və şagirdlərlə görüşüb, onlara universitetin, həmçinin Filologiya fakültəsinin uğurlarından, müqəddəs müəllim peşəsinin sirlərindən söhbət açıblar.

Fakültənin dekanı, professor M.Hüseynovanın fakültədə tədrisin keyfiyyətinin artırılması istiqamətində aparılan islahatlar, təlim prosesində innovativ metodların tətbiqi, tələbə-gənclərin təhsili ilə yanaşı, mədəni istirahətinin daim rəhbərliyin diqqət mərkəzində olması və s. barədə söhbətləri xüsusi rəğbətlə qarşılanıb.
“Açıq qapı günü” səmimi və işgüzar şəraitdə davam edib, ayrı-ayrı kafedralarda tanınmış professorlar, qabaqcıl müəllimlərlə və onların əsərləri ilə tanışlıq tədbirə toplaşan 12 orta ümumtəhsil məktəbinin müəllim və şagird kollektivinin, eyni zamanda universitetin digər fakültələrindən dəvət olunmuş qonaqlar və Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələrin xatirində xüsusi iz buraxıb.

Sonda orta məktəb müəllimləri və şagirdlər universitet rəhbərliyi və fakültənin müəllilmləri ilə xatirə şəkilləri çəkdiriblər.

MANERA.AZ


ADPU-də  “Açıq qapı günü”
ADPU-də  “Açıq qapı günü”

ADPU-də  “Açıq qapı günü”ADPU-də  “Açıq qapı günü”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ