manera.az
manera.az

Yeni dərs vəsaiti çap olunub

3-02-2019, 15:28

Yeni dərs vəsaiti çap olunub
Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində (layihə rəhbəri: filologiya elmləri doktoru, professor Tahirə Məmməd) 2 cildlik “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabı nəşr olunub.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir.

Manera.az xəbər verir ki, kitabın birinci cildində problemə müasir baxış, ədəbiyyatın araşdırılmasında nəzəri dinamika, ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatında təzahür xüsusiyyətləri, müasir dünyada geniş şəkildə müraciət edilən stereotip-arxetip-prototip nəzəriyyəsi əhatə olunub.

İkinci cilddə ədəbiyyat nəzəriyyəsi müasir meyarlarla araşdırılır, beynəlxalq və respublika miqyasında yeni nəzəri baxışların ümumiləşdirilməsi istiqamətində tədqiqat aparılır. Ədəbiyyat nəzəriyyəsinə aid dərsliklər dəyişən tarixi, elmi dəyərlər kontekstində nəzərdən keçirilib dəyərləndirilir. Azərbaycanda ədəbi-nəzəri məktəblər onların təmsilçilərinin yaradıcılığı əsasında sistemləşdirilir. Ədəbiyyatın zaman və məkanla bağlı dinamikasına diqqət yönəldilir.

Kitab alim və tədqiqatçılar, həmçinin tələbələr üçün dəyərli vəsaitdir. “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” kitabının geniş ictimaiyyət üçün təqdimatının da keçirilməsi planlaşdırılır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031