manera.az
manera.az

Multikulturalizmə dair kitab təqdim olundu | MANERA

Multikulturalizmə dair kitab  təqdim olundu | MANERA

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Bakı Slavyan Universitetində təqdimatı olub.

MANERA.AZ -ın məlumatına görə, mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev deyib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifliyi və elmi redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap edilib.

Kitab “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk nəşrdir. Bu seriyadan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitab, “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlı üçüncü kitab hazırlanır.

Rektor multikulturalizm dəyərlərindən ibarət olan kitabın tərtibçilərinə minnətdarlığını bildirib.

Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Mövsüm Nağısoylu çıxışında tolerant, multikultural dəyərlərin əsrlər boyu xalqımızın ənənsində, mədəniyyətində yaşadığını deyib. Kitabın müəlliflərindən biri olan natiq qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatının dərin köklərində multikulturalizmin Dədə Qorqud zamanından mövcudluğunun sübutudur.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev dövlət siyasətinin əsasını təşkil edən multikultural dəyərlərin əsrlərdən bəri Azərbaycan xalqının anlayışında formalaşdığını deyib. Aparat rəhbəri “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”nı Azərbaycanda multikulturalizmə yeni yanaşmanın nəticəsi kimi səciyyələndirib. O qeyd edib ki, kitab multikultural təhlükəsizlik üçün vacib mənbədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov kitabın ərsəyə gəlməsində əməyi olan redaksiya heyətinə və bu təqdimat mərasiminə görə BSU kollektivinə minnətdarlığını bildirib.

Ural Federal Universitetinin Azərbaycanşünaslıq mərkəzinin direktor müavini Denis Jeriborov, BSU-nun Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin dekanı, dosent Əsgər Əhməd, BSU-nun dosenti, filologiya üzrə elmlər doktoru Rüstəm Kamal, BSU-nun Multikulturalizm kafedrasının müdiri Ülviyyə Abbasova çıxışlarında Azərbaycanda multikulturalizmin xüsusiyyətləri, tarixi ənənəsi, Azərbaycan Respublikasında aparılan multikulturalizm siyasətinin əhəmiyyəti barədə danışıblar, kitabın müəlliflərinə təşəkkür ediblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930