manera.az
manera.az

98 yaşlı Azərbaycan Dövlət Pedaqoji Universiteti

26-08-2019, 10:41

98 yaşlı Azərbaycan Dövlət Pedaqoji Universiteti
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaradılmasının 98 ili tamam olur. 1921-ci il avqust ayının 26-da xalqımızın böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır. ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır. ADPU respublikamızda yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Hazırda universitet öz şərəfli və müqəddəs missiyasını uğurla yerine yetirir.

Fəaliyyətlərinə xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Azərbaycan müəllimləri respublikamızın elmi-intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Ulu Öndər demişdir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək yüksək səviyyəyə çatmışdır. Eyni zamanda fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamışdır. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun daha geniş miqyasda artmasında, yüksəlməsində mühüm rol oynamışlar. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü–Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır. Universitetimizin məzunları bu gün respublikamızın müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, həmçinin dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərirlər. ADPU-da hazırda 18 minə yaxın tələbə təhsil alır. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Son illər ADPU-da idarəetmə və təhsil sahəsində aparılan ciddi islahatlar, geniş və məqsədyönlü tədbirlər nəticəsində universitetimizin cəmiyyətdə müsbət imici formalaşmış, qabaqcıl və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınmışdır. Lakin biz əldə edilən uğurlarla kifayətlənməməli, müasir dünyanın inkişaf dinamikasına uyğun fəaliyyət göstərməli, Təhsil Nazirliyi tərəfindən pedaqoji təhsil sahəsində qarşımıza qoyulan vəzifələrin uğurlu həlli üçün əzmlə, fədakarlıqla çalışmalıyıq.

Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev təhsil sisteminin və insan kapitalının inkişafına Azərbaycan dövlətçiliyinin tərkib hissəsi kimi böyük önəm verir. Dövlət başçımız demişdir: “Təhsil hər bir dövlətin gələcəyidir. Hər bir ölkənin inkişaf dinamikasının hərəkətverici qüvvəsi təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz təhsil. Buna görə də Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlməlidir, təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir. Təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir”. Müəllim adına, müəllim əməyinə böyük qiymət verən ölkə Prezidenti demişdir: “Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni sahələrin inkişafına çoxsaylı sanballı töhfələr verir.

Öz strukturuna, tələbə və müəllim heyətinin sayına görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri olan, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında baza ali məktəb rolunu oynayan ADPU-nun üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. 2021-ci ildə ADPU-nun fəaliyyətə başlamasının 100 ili tamam olur. Yubiley həm də hesabat deməkdir. Biz bu böyük tarixi yubileyə yüksək səviyyədə hazırlaşmalıyıq. Biz müasir dövrün sürətlə dəyişən tələblərinə cavab verən, hərtərəfli bilik və bacarıqlara, analitik və kreativ düşüncəyə, yüksək mənəvi- əxlaqi keyfiyyətlərə malik pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması üçün səylərimizi daha da artırmalı, fəaliyyətimizi daha da gücləndirməliyik.

Hamınızı bu xoş və əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli fəaliyyətimizdə böyük uğurlar arzulayıram.

Cəfər Cəfərov,
ADPU-nun rektoru, professor
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30