Şəhid ailələrinin uşaqları üçün yay məktəbi

Tarix:7-08-2019, 11:37 Baxış Sayı:51

Şəhid ailələrinin uşaqları üçün yay məktəbi
Şəhid ailələrinin uşaqları üçün yay məktəbi təşkil edilib.

Ailələrə Sosial Dayaq İctimai Birliyindən Manera.az-a verilən məlumata görə, yay məktəbi Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün təşkil edilib.

Məlumata görə, iki həftə ərzində şəhid övladları üçün maraqlı məşğələlər və intellektual oyunlar keçiriləcək.

Layihənin əsas məqsədi Vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün yay məktəbi təşkil etməklə, onların tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdan ibarətdir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ