"Ulduz"un iyul sayı

Tarix:6-08-2019, 15:14 Baxış Sayı:123

"Ulduz"un iyul sayı
AYB-nin mətbu orqanı "Ulduz" jurnalının iyul sayı işıq üzü görüb.

Jurnalın iyul sayı Balayar Sadiqin "Ədəbi vicdanın gülümsəyən çağları” adlı ekspert yazısı ilə açılır.

Şəfiqə Şəfa "özüylə söhbəti...”ni və hekayəsini təqdim edir.

"Şeir vaxtı”nda Hidayət Sönməz, Nazim Əhmədli və Roma Xosrovdur. "Ulduz”un bu sayında Bəhruz Xəlil, Kənan İsmayıl, Rəfail İncəyurd, İltimas Səmiminin şeirlərini də oxuya bilərsiniz.

"Debüt”də Aydın Cavaddır.

"Nəsr”də Vaqif Nəsib, Zemfira Məhərrəmli, Şəhla Aslan, Fidan Malik Qızının hekayələrini oxuya bilərsiniz.
"Ulduz"un iyul sayı
"Tribuna”da Bilal Alarlıdır. Vahid Qazi "Tənhalıq dövrünün adamları”ndan, Səxavət Sahil "Səməd Vurğunun məktubları”ndan yazır. Xuraman Hüseynzadə "İtirilmiş yazıçı nüfuzunu qaytaran əsər”dən söz açır.

"Tərcümə saatı”nda Məlahət Qənbərovanın təqdimatında Mar Bayjiyevin”Mənim göyərçinim” hekayəsini oxuya bilərsiniz.

"Dərgidə kitab”da "Memuar” kitabıyla Ələsgər Əhməddir.

Bu dəfə "Ulduz” ulduzlu nəşrlər seriyası Furqanın "Şeircəsinə” kitabını oxucularına hədiyyə edir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ