Respublika elmi konfransı: Hüseyn Cavid əbədiyyəti

Tarix:2-08-2019, 09:22 Baxış Sayı:115

Respublika elmi konfransı: Hüseyn Cavid əbədiyyəti
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 24-də “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

AMEA-dan Manera.az-a bildirilib ki, dahi dramaturq və şair Hüseyn Cavidin 137 illiyinə həsr olunan konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

-Kağızın formatı - A4, Word redaktorunda;
-Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
-Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.


Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ