İzmir şəhər Bələdiyyəsinin üzvləri Gəncədə

Tarix:30-07-2019, 14:51 Baxış Sayı:150

İzmir şəhər Bələdiyyəsinin üzvləri Gəncədə
Türkiyənin İzmir şəhər Bələdiyyəsinin üzvləri Gəncədə işgüzar səfərdə olublar.

Türkiyənin İzmir şəhərinin Böyükşəhər Bələdiyyəsi və Çiğli Bələdiyyəsinin Məclis üzvü Dəniz Bektaş, Çiğli Bələdiyyəsinin başkan yardımçısı Tülin Koç və Avropa Birliyinin Təhsil və Gənclik Proqramları Mərkəzinin Türkiyə Respublikasındakı nümayəndəliyinin Avropa Könüllülük Xidməti üzrə Çiğli Bələdiyyəsində məsul şəxsi Gülsün Özünal Derse 26-29 iyul tarixlərində Gəncə şəhərində işgüzar səfərdə olublar. “Odlar Yurdu” Gənclər İctimai Birliyinin dəvəti ilə baş tutan səfər zamanı qonaqlar müxtəlif görüşlərdə iştirak ediblər.

İlk görüş Nizami ( Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədovla baş tutub. Görüşdə sədrlə yanaşı, sədr müavini Fikrət Əliyev, bələdiyyə üzvü Nigar Ələsgərova da iştirak ediblər. Hər iki bələdiyyə arasında gələcək əməkdaşlıq imkanları, həyata keçirilə biləcək mədəniyyət, təhsil, idman və gənclərin fərdi inkişafı istiqamətində digər layihələr, təkliflər müzakirə olunub. Türkiyənin qərb bölgəsinin paytaxtı hesab olunan İzmirlə Azərbaycanın Qərb bölgəsinin paytaxtı Gəncə şəhərinin ortaq xüsusiyyətlərinin nəzərə alınması, hər iki şəhər arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində planlar müzakirə olunub. Görüşün sonunda Nizami ( Gəncə ş.) Bələdiyyəsinin sədri Qoşqar Məmmədov qonaqlara Gəncə şəhərini simgələyən hədiyyələr təqdim edib. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət olunub, Heydər Əliyev Park kompleksində gəzinti təşkil edilib.

Qonaqların növbəti görüşü “Sahibkar Qadınlar İctimai Birliyi”nin sədri Zemfira Ağayeva və “ Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz xanımla baş tutub. Bu görüşdə isə qadınların sahibkarlıq fəaliyyəti, müxtəlif təşəbbüslər çərçivəsində əməkdaşlığının artırılması və s. istiqamətində müzakirələr keçirilib. Eyni zamanda mövcud təcrübələrin paylaşılması məqsədi ilə gələcək birgə fəaliyyətlər müzakirə olunub. Sonda xatirə fotosu çəkilib.

Bələdiyyə üzvləri həmçinin ölkədə ilk dəfə həyata keçirilən “Milli Yaylaq Festivalı”nda da iştirak ediblər. Ümumilikdə Gəncənin tarixi abidələri və müasir memarlığı ilə tanış olublar.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ