"Xosrov və Şirin" türk dilində nəşr olunub

Tarix:24-07-2019, 11:31 Baxış Sayı:86

"Xosrov və Şirin" türk dilində nəşr olunub
Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının ardınca “Xosrov və Şirin” poeması yüksək poliqrafik göstəricilərlə türk dilində nəşr olunub.

Manera.az xəbər verir ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 3 kitabın da nəşrinin tamamlanması və tanıtım məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 27 Azərbaycanlı müəllifin 38 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq Türkiyəli oxucuların diqqətinə təqdim edilib.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ