“Azərbaycan aşıq ədəbiyyatı “ kitabı işıq üzü görüb

Tarix:18-07-2019, 09:59 Baxış Sayı:55

“Azərbaycan aşıq ədəbiyyatı “ kitabı işıq üzü görüb
Əməkdar elm xadimi, Dövlət mükafatı lauretı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının uzun illərdən bəri üzərində çalışaraq ərsəyə gətirdiyi “Azərbaycan aşıq ədəbiyyatı” kitabı bu günlərdə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan bu sanballı əsər aşıq sənətinin milli tarixi səciyyəsi,ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarətdir.

Görkəmli alimin bu kitabı hazırlamaqda əsas məqsədi Azərbaycan aşıq ədəbiyyatının milli özünəməxsusluğu və tarixi inkişaf mərhələləri barədə oxuculara dolğun bilgi verməkdir.

Əsər elmi ictimaiyyət,söz-sənət və tədris sistemi üçün nəzərdə tutulur.Kitabın redaktoru professor Mahmud Allahmanlı, rəyçisi fəlsəfə doktoru,dosent Tinatin Məmmədovadır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ