"Yazıçı"nın yeni sayı Nəsimiyə həsr olunub

Tarix:17-07-2019, 15:53 Baxış Sayı:70

"Yazıçı"nın yeni sayı Nəsimiyə həsr olunub
"Yazıçı" dərgisinin böyük şair İmadəddin Nəsimiyə həsr etdiyi ayrıca buraxılışı bu ilin iyul ayında işıq üzü görüb.

Manera.az xəbər verir ki, dərginin üz qabığında Mikayıl Abdullayevin mütəfəkkir şairə həsr elədiyi yağlı boyayla çəkdiyi rəsmi və Nəsiminin "Söz" qəzəli verilib.

Dərginin ikinci səhifəsindən başlayaraq ədəbiyyatşünas, araşdırıcı, yazıçı və şairlərdən Salman Mümtaz, Rəsul Rza, Əkrəm Cəfər, İsa Hüseynov, Anar, Qabil, Ramiz Qusarçaylı, professor R.Azadə, Yavuz Akpınar, Məmməd Aslan, Mikayıl Quluzadə, Yusif Seyidov, Samət Əlizadə, Əliyar Səfərli, Əlisa Nicat, Əli Rza Xələfli, Rafael Hüseynov, İsa Həbibbəyli, Səyyad Aran, Kamran Məmmədov, Möhsün Nağıoğlu, Əhməd Qəşəmoğlu, Xanəmir Telmanoğlu, Ayişə Nəbi, Ramil Quliyev, Oktay Abdulla, Balayar Sadiq, Zümrüd Quluzadə, Hikmət Məlikli, Sədaqət Şıxıyeva, Zahid Sarıtorpağın Nəsimi haqqında bir-birinə bənzəməyən maraqlı yazıları əks olunub. Azərbaycan, eləcə də xarici rəssam və heykəltəraşların, xalça ustalarının Nəsimiyə həsr etdiyi əsərləri görüntü və məna baxımından dərgiyə ayrıca gözəllik verib.
"Yazıçı"nın yeni sayı Nəsimiyə həsr olunub
Sonuncu səhifədə Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" misrasıyla başlanan məşhur qəzəli, dərginin baş redaktoru Azər Abdullanın böyük şairə həsr etdiyi essesi və yağlı boyayla çəkdiyi rəsmi öz əksini tapıb./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ