AMEA-nın 75 illik yubileyi qeyd ediləcək

Tarix:17-07-2019, 15:47 Baxış Sayı:79

AMEA-nın 75 illik yubileyi qeyd ediləcək
Gələn il AMEA-nın 75 illik yubileyi qeyd ediləcək.

Manera.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında "AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı"nın müzakirəsində deyib.

A. Əlizadə bildirib ki, 2020-ci ilin martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq.

A. Əlizadə sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün elmi, elmi-təşkilati və digər tədbirlər istiqamətində tapşırıqlar verib.

Sonda yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə Rəyasət Heyətinə təkliflər verilib və plan təsdiq olunub.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ