Bizi umudsuz qoyma...

Tarix:17-07-2019, 12:08 Baxış Sayı:108

Bizi umudsuz qoyma...
Müharibə veteranı, yazıçı-publisist Əli bəy Azəri “Bizi umudsuz qoyma” kitabını Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edib.

Kitabxanadan MANERA.AZ-a bildirilib ki, bir çox hekayələrinin yer aldığı bu kitaba müəllifin “Bizi umudsuz qoyma” adını verməsi xüsusi anlam daşıyır. O, hekayənin qəhrəmanının özünə qarşı olan bütün haqsızlıqlara soyuqqanlılıqla yanaşdığını, nəyin bahasına olursa-olsun vətənə olan sevginin onu bir an tərk etmədiyini vurğulayır. Yaradıcılığının əsas qayəsini müstəqil dövlətçilik, ordu quruculuğu təşkil edən yazıçı vətənpərvərlik ruhunun yüksəldilməsini, saf və mənəviyyatca zəngin vətəndaş amilini hər şeydən üstün tutur.

“Yurd nisgili”, “Hərbi Zəngilan”, “Generalın yefreytor vəkili”, “Çovğun”, “Özününkülərin hədəfində” kitablarının müəllifi, ehtiyatda olan zabit-döyüşçü Əli bəy Azərinin əsərlərində torpaq uğrunda mübarizə, hərbçilərin gərgin döyüş yollarının ustalıqla əks olunması təsadüfi deyil. Müəllif Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərdə şücaət göstərib. Əli bəy Azərinin “Sərhədçi zabitin etirafı” hekayəsi Dövlət Sərhəd Xidmətinin yaradılmasının 99 illiyi münasibətilə keçirilən müsabiqədə təltif edilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ