“İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinə yekun vurulub

Tarix:13-07-2019, 11:56 Baxış Sayı:148

  “İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinə yekun vurulub
Azərbaycan şairi və mütəffəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfəsində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işlərinin təşkili məqsədiylə həyata keçirilən, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Odlar yurdu" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan “İmadəddin Nəsimi – 650 illik dəyər” adlı layihəsinin bağlanış mərasimi keçirilib.

Layihənin yekun tədbiri 12 iyul 2019-cu ildə Bakı Konqres Mərkəzində “Zaman mənəm” adlı sənədli filmin nümayişi ilə başa çatıb.

Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, gənclər və bir sıra qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Odlar yurdu” gənclər İB-nin sədri Nigar Ələsgərova Azərbaycan Respublikasının Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı və Prezidentin digər Sərəncamıyla 2019-cu ilin "Nəsimi ili" elan olunmasının əhəmiyyətindən danışaraq, sədri olduğu birlik tərəfindən həyata keçirilən layihə haqqında ətraflı məlumat verib.

N. Ələsgərova sözügedən layihə çərçivəsində İ.Nəsimiyə həsr olunmuş, tanınmış şəxslərin, elm adamlarının iştirakı ilə çəkilən “Zaman mənəm” adlı sənədli film, şairin 11 qəzəlindən ibarət “İki aləmdə varım” adlı audio kitab və ədib haqqında maraqlı məlumatları özündə əks etdirən eyni adlı ingilis və rus dillərində çap edilən kitabçadan danışıb.

Bildirib ki, “İki aləmdə varım” adlı audio kitabında Nəsiminin qəzəlləri peşəkar qiraətçi tərəfindən səsləndirilib. Bununla yanaşı Nəsiminin şəxsiyyəti, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən “Zaman mənəm” sənədli filmi Bakı şəhərində və regionlarda, ümumilikdə, 10 Gənclər Evində təqdimatı keçirilib. Bu istiqamətdə Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib.

Daha sonra Azərbaycan Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov çıxış edərək bildirib ki, respublikada həyata keçirilən gənclər siyasətindən söz açıb, “İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinin əhəmiyyətindən danışıb. Belə layihələrin həyata keçirilməsində təmsil etdiyi qurumun marağından bəhs edib.

İmadəddin Nəsiminin ümumşərq miqyasında qüdrətli şair kimi tanınan və qəbul olunan sənətkar olduğunu bildirən Azərbaycanın əməkdar elm xadimi, professor Qəzənfər Paşayev çıxışında İ.Nəsimi yaradıcılığında dil məsələsinə toxunub: “Nəsimi elə bir dövrdə yaşayıb ki, o zaman Fars və Ərəb dilləri hökmran idi. Amma Nəsimi öz ana dilində yazırdı. Bu böyük hünər idi. Ana dilini Fars və Ərəb dilləri səviyyəsinə qaldırdı. Bununla da Nəsimi bizə yüksək mədəniyyət verdi” –deyən Q. Paşayev Nəsiminin böyük şair olmaqla yanaşı, böyük istirablar da gördüyü, onun Hələb şəhərində əsassız iddialarla edam olduğunu diqqətə çatdırıb.

İ.Nəsiminin şeirlərində Peyğəmbərə, Allaha məhəbbətin sonsuz olduğunu qeyd edən alim onun müəllifliyi ilə Nəsimi haqda "Nəsimi - edamdan sonrakı həyat" adlı kitabının hazırlandığını, yaxın zamanda kitabın təqdimatının olacağı xəbərini də iştirakçılarla bölüşüb.

Nəsimişünas alim Səadət Şıxıyeva çıxışında İ. Nəsimi şəxsiyyəti haqqında maraqlı məqamlardan söz açıb: “Nəsimi təkcə şair, mütəfəkkir deyil, o eyni zamanda elə bir şəxsiyyətdir ki, cəmiyyətin müxtəlif təbəqələrinə uyğun insanları yaradıcılığı ilə öz ətrafına çəkə bilib. Təəssüf ki, o çox zaman İslam dininə zidd çıxan şəxs kimi qeyd olunur. Bu doğru deyil. O əsl din alimi idi. Bunu onun şeirlərinə nəzər saldıqda açıq-aşkar görürük. Nəsiminin mənsub olduğu fəlsəfə islam fəlsəfəsi olub. O özünü həmişə irfan əhli hesab edirdi. Eyni zamanda Nəsimi hədis elmini, musiqi elmini də yaxşı bilib. O həm də şahmatın fəlsəfəsinə yaxşı bələd olub. Bütün bu faktlar göstərir ki, Nəsimi çox müdrik, hərtərəfli bilik sahibi olub. O əsərlərində də kamil insana vurğunluğunu göstərirdi”

Tədbirin sonunda “Zaman mənəm” adlı sənədli filmi nümayiş etdirilib. Film izləyicilər tərəfindən maraqla qarşılanıb.

Şəhla Aslan

  “İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinə yekun vurulub  “İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinə yekun vurulub
  “İmadəddin Nəsimi – 650 illik dəyər” layihəsinə yekun vurulub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ