"Qobustan"ın yeni sayında...

Tarix:11-07-2019, 09:53 Baxış Sayı:75

"Qobustan"ın yeni sayında...
"Qobustan" sənət toplusunun bu il üçün ikinci sayı oxucuların ixtiyarına verilib.

Jurnal ənənəvi olaraq baş redaktor Vaqif Əlixanlının "Qırx sətir"i ilə başlayır. Yazını filosof Epikür haqqındakı məqalə davam etdirir.

"İpək yolu" rubrikasında Cəmilə Həsənzadə "XIV əsr. Çin incəsənətinin Təbriz üslubuna təsiri", Elbay Qasımzadə "...Təki şəhər öz simasını itirməsin…", Aftandil Ağbaba Xalq yazıçısı Anarın yaradıcılığı haqqındakı "Mifik yaddaşla çağdaş təfəkkürün ahəngi" məqalələri ilə çıxış edirlər.

"Sarı sim"də Kəmalə Səlimin "Ölkəm"də yuva quran Asəf Zeynallı", Vahid Məhərrəmlinin "Musiqi-qüdrətdən gəlmədi...", Əhsən Rəhmanlının "Evimizdə üç tar vardı" yazıları yer alıb.

Tariyel Qasımov "Rol barədə məndən xoşbəxti yoxdur" yazısı ilə "Sən və Siz" rubrikasındadır. Rubrikanın digər yazıları bunlardır: Hafiz Əkbər "Cizgi filmlərimiz- sirli-sehrli dünyamız tükənibmi?", Azər Abdulla "Sənətşünas və zaman", Bilal Alarlı "Sual da özümündü, cavab da..."

Aydın Tağıyevin "Bir də məniydim" məqaləsi "Sənsiz" başlıqlı bölmədədir.

"Beş yarpaq" ənənəvi bölməsinin ilk yazısı Çingiz Hüseynovun 90 illik yubileyinə həsr olunub. Onun haqqındakı "Sözdən şəbəkə hörən ustad" məqaləsini digər maraqlı yazılar davam etdirir: Aleksandr Bartoş "Rus hərbisi tatar-monqoldan çox şey öyrənib", E.Boltyanskaya "Biz doğrudanmı möhtəşəmik?", Svetlana Aleksiyeviç "Ruhumuz zəncirdən qurtulacaqmı?", Yurgen Berndt "Yapon yazıçılar demə intihar vurğunuymuş..."

"Pillələr" rubrikasında Jalə Əliyeva "Şirvanşahlar sarayı tarixindən...", "Həbibə Allahverdiyeva "H.Cavid əsərlərinin Naxçıvan teatrında səhnəqrafiyası"ndan söz açırlar. Rubrikanı Könül Əhmədova "Azərbaycanda satira-medal münasibətlər çərçivəsində", Lalə Hacıyeva "Tarixi musiqişünaslığın mahiyyəti və strukturu...", Arzu Zeynalova "Osmanlı türk paşalarının təsvirləri Qarabağ xalçalarında", Nigar Yunus "Fətəli şah xalçası" araşdırma məqalələri ilə davam etdirirlər.

Toplu "Yazı-pozu" rubrikası ilə tamamlanır. Rubrikaya Hicranın "Rəngli yuxulardan" şeiri, Ülviyyə Heydərovanın "Pələng" monopyesi daxildir./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ