"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib

Tarix:9-07-2019, 07:02 Baxış Sayı:103

"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib

İyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilmiş "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın, kitabın və "Zəngəzur" tarixi sənədli filminin disk-albomunun təqdimatı olub.

Manera.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şuranın və Birliyin son vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.
Müəllif və layihə rəhbəri Hacı Nərimanoğlu çıxışında QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünü, bədnam qonşularımızın havadarlarının fəal yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırımın ifşası, tanıdılması, nəticələrinin aradan qaldırılmasına həsr olunmuş layihələrin maliyyələşdirilməsinə xüsusi diqqət yetirdiyini faktlarla diqqətə çatdırıb.

VİDEO burada

Bildirib ki, “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə arxiv materiallarına, Zəngəzurun tarixinə dair ölkəmizdə, xaricdə dərc olunmuş mənbələrə istinad edilib, bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Vətənimizin dilbər guşəsi olan Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu da yer alıb.

Kitabın elektron PDF variantı Birliyin zengezur.com saytında yerləşdirilib.

YÜKLƏ

AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk və başqaları çıxışlarında qeyd ediblər ki, nəfis tərtibatlı nəşr Zəngəzur bölgəsinin qədim dövrlərdən Azərbaycan türklərinin əzəli torpağı olduğunu faktlarla ictimaiyyətə çatdırılmasına, vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərini artırılmasına, maariflənməsinə yardımçı olmasına, itirilmiş torpaqlarımıza sahiblik hisslərini diri saxlanmasına, xalqımızın dədə-baba yurdlarımıza qayıdış ruhunun yüksəlməsinə dəyərli töhfədir. Kitabın lakonik, sadə, aydın üslubda yazıldığını, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələrlə yanaşı, geniş oxucu auditoriyası üçün rahatlıqla anlaşıldığını bildiriblər. Nəşrdə bir sıra böyük dövlətlərin fəal hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən XX əsrdə soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin ən qədim dövrlərdən başlanan tarixi tədqiq edilib, bölgənin tarixi keçmişinin ümumi mənzərəsi yaradılıb, əhalisinin məruz qaldığı müsibətlərin səbəbləri, nəticələri gerçək tarixi faktlarla sadə, aydın elmi-kütləvi üslubda araşdırılıb və oxucu auditoriyasına çatdırılıb. Zəngəzurda yerli əhalinin çarizmin müstəmləkəçilik siyasətinə, bolşevik-daşnak və 1990-cı illərdə tam işğalına qarşı apardığı mübarizəsi də əks olunub.

Diqqətə çatdırılıb ki, kitabın elektron variantı ilə birlikdə “Zəngəzur” tarixi-elmi sənədli filminin də nəfis dizaynda disklərə yazılıb paylanması, zengezur.com saytında yerləşdirilməsi tarixi həqiqətlərin daha geniş oxucu auditoriyasına çatdırılmasına imkan yaradıb.

İştirakçıların sualları cavablandırılıb, təklif, tövsiyələri dinlənilib.

Mərkəzi Elmi Kitabxanaya və tədbirin iştirakçılarına Birliyin indiyədək QHT Şurasının dəstəyi ilə buraxdırdığı kitablar və onların elektron diskləri hədiyyə edilib.


"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib
"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib
"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib
"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilib
"Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın təqdimatı keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ