manera.az
manera.az

“Nəsimi-650” kitabının təqdimatı olub

7-07-2019, 11:45

“Nəsimi-650” kitabının təqdimatı olub
İyulun 6-da Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, kitaba yerli alim və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib.

Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili müəllifi olduğu kitabın yazılma zərurəti və nəşri haqqında ətraflı məlumat verib.

O, sözügedən kitabın yazılmasında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb.

T.Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək.
“Nəsimi-650” kitabının təqdimatı olub
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib.

Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüs böyük əhəmiyyət daşıyır.

Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib./apa.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031