manera.az
manera.az

"Xəzər - qərb" sürücülük kursundan reportaj

5-07-2019, 12:42

"Xəzər - qərb" sürücülük kursundan reportaj
Bu gün paytax Bakı ilə yanaşı bölgələrdə də sürücülük məktəblərinin sayı artmaqdadır. Əlbəttə, belə kursların sayının artması yaxşı idarəetməni bacaran sürücülərimizin də sayının artması deməkdir. Ancaq hər bir sahədə olduğu kimi, bu sahədə də bəzən qeyri-peşəkarlıq məsələsi ortaya çıxır. Bu kimi kurslara yazılan adamlar bir neçə aydan sonra gedib adi bir kağız parçasını almaqla kifayətlənirlər. Bundan sonra isə avtomobil alıb özlərini sürücü kimi təqdim edənlər və ya gündəlik qarşımıza çıxan sadəcə sükan tutmağı bacaran şəxslərə çevrilirlər. Bütün bunlar isə insan həyatı üçün təhlükəlidir. Günümüzdə qəzaların sayının da artmasının da səbəblərindən biri də məhz elə budur.

Bu məqsədlə şəhərimizdə fəaliyyət göstərən bir neçə təlim kursuna baş çəkdik. Vəziyyətlə yerində tanış olmaq istədik.

Baş çəkdiyimiz kurslardan biri “Xəzər-Qərb” qadınlar üçün sürücülük məktəbidir. Adını oxuyanda ilk elə düşündüm ki, yəqin burada ancaq xanımlara dərs və təlimlər keçirilir. Lakin bu belə deyil. Mərkəzin aparıcı təlimçisi Arzu Kürsüm Babazadə deyir ki, bizim cəmiyyətdə qadınlar yaxşı işə meyl edəndə onları çəkindirirlər: “Bu ad onun üçün belədir ki, qadınlar çəkinmədən gəlib bu kursda təlimlərdə iştirak edə bilsinlər. Əslində kursun əvvəlki adı başqa idi. O zaman sual verirlər bəz oğlanlarla, qızlar bir yerdə təlim keçir? Cəmiyyətimizdə bir az çaşbaşlıq yaradır. Ona görə ad belə nəzərdə tutulub. Ancaq bizim kursdan bəylər də rahatca yararlana bilirlər”.

Doğrusu girişdən məlum olmuşdu ki, digər kurslar kimi deyil, səliqəli və peşəkar insanların çalışdığı yerə gəlmişik. Kursun aparıcı təlimçisi Arzu xanımı bir az gözləməli olduq. Qızğın dərs prosesini aparırdı. Mən də otaqlardakı yol hərəkəti işarələri ilə tanış oldum. Yol-hərəkəti qaydaları dərs otaqlarında çox aydın şəkildə divarlara vurulub. Bu da nəzəri yaddaşla, yanaşı göz yaddaşı üçün də yaxşıdır. Artıq bu şəkilləri əzbər bilən adam inanmıram ki, yol hərəkəti qaydalarını pozmuş olsun.

Arzu xanım elə kiçik tanışlıqdan sonra suallarımızı cavablandırdı. Təlimçisi olduğu kursun başladığı vaxtdan bu gününə qədər bizi məlumatlandırdı:

"Arzu Kürsüm Babazadə, yol hərəkəti üzrə mütəxəssisəm. Kursun aparıcı təlimçisiyəm. Bir çox ölkələrdə - Almaniyada, Türkiyədə bu prosesi dərindən öyrənmək üçün təlimlərdə olmuşam. Kursumuz 2015-ci ilin avqust ayından fəaliyyət göstərir. Bu kurs əslində “Rustəm avto” gedir. “Xəzər-Qərb” qadınlar üçün sürücülük mərkəzi kimi tanınır. Azərbaycanda bəylər həyat yoldaşını və ya yaxın xanımları adətən bəy olan kurslara etibar etmirlə, istəmirlər getsinlər. İtici gəlir. “Rüstəm avto”olaraq bizə həm xanımlar, həm bəylər müraciət edə bilir!.
"Xəzər - qərb" sürücülük kursundan reportaj
Arzu xanım daha sonra bizi təlim prosesi ilə tanış edir. Onun sözlərinə görə, tələbəyə təhlükəsizlik tədbirlərini başa sala biləcək texnikalar var. Bunlara daxildir: monitorlar, bəzi texniki cihazlar və s:

"Bütün bunlar tam olduqdan sonra təhlükəsizlik sürücülük tədbirləri də nəzərimizdə tutmuşuq. Bu sahədə təlimlərə qatılmaq istəyənlərin ən yaralı yeri peşəkar seçimidir. Hər bir sahədə olduğu kimi, bizim işimizdə də işini bilən, məsuliyyət hiss edən insanlar var. Düzdür, bizim sahədə peşəkar insanlar azdır. Bu da keçid dövrünə təsadüf etdiyi üçün belədir. Gələcəkdə çox peşəkar insanlar bu sahədə insanları marifləndirəcəklər. Açığı desəm təlimçilər arxa planda qaldılar. Rayonlarda sürücülük təlimi zəifdir. Xanımlar üçün demək olar ki, yox səviyyəsindədir. Bizə rayonlardan xanımlar müraciət edirlər. Mən bunun təhsilini xaricdə öyrənmişəm. Almaniyada, Türkiyədə hər il təkmilləşdirmə kurslarında davam edirəm. Təkmilləşmə üçün “Hed academi” var. Bəzi insanların xaricdə təkmilləşdirmə kursu keçməyə imkanı yoxdursda, buradan da yararlana bilər. Birillik sürücülük təcrübəsi olanlara təhlükəsiz sürmə təlimini verir. Kimsə təlimçi işləmək istəyirsə o kursda gedib təlim keçə bilər. Bir şeyi diqqətə çatdırmaq istəyirdim ki, hər bir sahədə yenilik olduğu kimi bizim sahədə də olur. Məsələn, biz əvvəllər deyirdik ki, su çalalarına girdikdə, əyləci basmaq olmaz. Artıq indi bunu fərqli çatdırırıq. Yəni maşınlar və onların göstəriciləri dəyişdiyi üçün biz də onlara bu vəziyyətdə əyləci basa biləcəklərini deyə bilirik. Əvvəl olmaz dediyimiz şeylərə, illər keçdikdən sonra olar deyirik. Bu da ildən-ilə yeniliklərin olması ilə bağlıdır. Təlimçi də bildiklərini elə ötürməldir ki, onun öyrətdiyi şəxs sabah özünə şəxsi avtomobil alanda göstəricilərə və digər parametrlərə fikir verə bilsin".

Həmsöhbətimiz deyir ki, bu gün sürücülük kursları arasında rəqabət var. Siz şəhərdə nə qədər istəsəniz sürücülük təlim yazılmış avtomobillər görürsünüz. Bunların sürücülük məktəblərinə aid olanları da var. Bu gün Azərbaycanda bu sahədə rəqabəti qiymətlə aparırlar:

"Təqdirə layiq bir şey deyil. İnsan keyfiyyətlə rəqabət aparsa daha gözəl işlər görmüş olar. Bu işi peşəkar aparanlar da var. Misal üçün Aqil Rəhimovun adını çəkə bilərəm. Tələblərimiz çoxdur. Yay aylarında isə daha çox olur. Bizdə bəylərin müraciətləri, xanımlarla müqayisədə azdır".

Kursun dərs otaqları və bir sıra proseduralarla tanış olub təlim maşınına da əyləşdik. Arzu xanım məsuliyyət və işinin peşəkarlıq hissi ilə bizə təlimdən bəhs etdi. Hər bir sahədə belə mütəxəssislərin olması çox yaxşı olardı. Kursa və Arzu xanıma uğurlar arzu edirik.

Buradan çıxıb şəxsi avtomobilləri ilə təlim verən ərazilərə də üz tutduq. Lakin bu işlə məşğul olan və özlərini təlimçi kimi tədim edənlərin bir çoxu söhbətimizdən yayınsa da, bəziləri ilə ayaqüstü söhbətləşə bildik. Bildirdilər ki, təlim mərkəzlərindən fərqli olaraq, onlara avtomobil sürməyi öyranmək üçün müraciət edənlər əsasən gündəlik təlimlərə üstünlük verirlər. Əgər təlim mərkəzlərində ödəniş aylıqdırsa, burada saata görə pul alırlar. Bu təlimlərdə iştirak edənlər isə daha çox peşəkar sürücü olmaq istəyənlər yox, həvəskarlardır.

Sonda qeyd etmək istərdik ki, hansı işlə məşğul olsan da onu peşəkarcasına bilməlisən. Xüsusilə də avtomobil idarə edərkən. Hər kəsə təhlükəsiz yol arzulayırıq.

Ruzbeh Məmməd



"Xəzər - qərb" sürücülük kursundan reportaj
"Xəzər - qərb" sürücülük kursundan reportaj
"Xəzər - qərb" sürücülük kursundan reportaj"Xəzər - qərb" sürücülük kursundan reportaj
"Xəzər - qərb" sürücülük kursundan reportaj
"Xəzər - qərb" sürücülük kursundan reportajБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031