manera.az
manera.az

Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd olunub

30-06-2019, 11:09

Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd olunub
Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd edilib.

Manera.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə bildirilib ki, klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəbioğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun əsərlərini Azərbaycan dilinə tərcümə edib. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. Onun iyirmidən çox şeirinə musiqi bəstələnib. O, həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

Qeyd edək ki, Nəsib Nəbioğlu “Ürəyim yurd yeridir”, “Sizə sözüm var”, “Bağışlamaz dağlar məni” və digər şeir kitablarının müəllifidir. O, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatıdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031