manera.az
manera.az

Tofiq Abdin haqqında kitab işıq üzü görüb

19-06-2019, 16:53

Tofiq Abdin haqqında kitab işıq üzü görüb
Yazıçı Orxan Aras Azərbaycanın dəyərli söz adamı, unudulmaz şair və publisist Tofiq Abdin haqqında kitab hazırlayıb.

Manera.az xəbər verir ki, "Pem" nəşriyyatında çıxan kitabda Tofiq Abdinin həyatı, yaradıcılığı barədə bilgilər, onun haqqında yazılar yer alıb.

Orxan Aras kitab haqqında məlumat verərkən deyib: "Türkiyə türkləri Tofiq abiyə çox şey borcludurlar. Onun sevgisi və vəfasına qarşı bu kiçik kitabda az da olsa qarşılıq vermək istədim. O, azərbaycanlı bir jurnalist və şairdi, amma ürəyi Türkiyə üçün də atardı. İnsan olaraq da saf, səmimi, vəfalı, sevimli, zarafatcıl bir insan idi. Azərbaycan jurnalistikasında bir idol idi. Özünəməxsus üslubu və tərzi vardı. Gənc jurnalistlər onu özünə ustad bilərdilər. Hər kəs ona "abi" deyər, onunla dost olmaqdan qürur duyardılar.
Tofiq Abdin haqqında kitab işıq üzü görüb
Cəsur, açıq sözlü, mübahisə etməkdən, öz həqiqətini söyləməkdən əsla çəkinməyən bir xarakteri vardı. Bu xüsusiyyətlərinə görə ona yuxarıdan aşağı baxanlar belə yeri gələndə Abidən çəkinər, uzaq durardılar. Bəlkə elə buna görə çox mütəvazi və sadə bir həyat yaşadı. Türkiyəyə xüsusi maraq və sevgisi vardı. Altı il İstanbulda qalmış, içindəki küskünlükləri, üsyanları Türkiyə eşqi ilə "Ah, İstanbul, İstanbul" adlı kitabda ölümsüzləşdirmişdi. Mən də onu ustam, ustadım bilirdim. Qəzet jurnalistikası sahəsində ondan çox şey öyrəndim. Hər Azərbaycana getdiyimdə məni axtarar, soruşar, yanımdan ayrılmazdı.

Bu kitab ölümünə sevdiyi Türkiyə türkləri üçün də onunla bir tanışlıq vəsiləsi olsun istədim. Ondan bəhs edən dostlarının xatirələrini oxuduğunuzda Azərbaycan və Türkiyənin necə bir yazıçı, şair, jurnalist itirdiyini yaxından görəcəksiniz".

Kitabda Tofiq Abdin haqqında Anar, Sabir Rüstəmxanlı, Aqil Abbas, Rəşad Məcid, Yusif Rzayev, Akif Qəhrəmanlı, Azər Abdulla, Şakir Yaqubov, Abdülhamit Avşar, Fəxri Uğurlu, Fəthi Gədikli, Elçin İskəndərzadə, Məzahir Əhmədoğlu, Nemət Veysəlli, Saday Budaqlı, Sevinc Mürvətqızı, Cavid Zeynallı və başqa müəlliflərin yazıları dərc olunub./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031