“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi təşkil ediləcək

Tarix:11-06-2019, 13:00 Baxış Sayı:100


“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi təşkil ediləcək
“İrəli” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə açıq hava şəraitində baş tutan “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi ikinci dəfə keçiriləcək.

Birlikdən MANERA.AZ-a bildiriblər ki, layihənin məqsədi ölkəmizdə gənclərin hərbi-vətənpərvər ruhunun gücləndirilməsi, onların Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunmasına hər an hazır olmaları istiqamətində görülən işlərə dəstək verməkdir. Bundan başqa, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkili, gənclər şəbəkəsinin genişləndirilməsi də layihənin əsas hədəflərindəndir.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, müharibə vəziyyətində olan ölkəmizdə gənclər arasında təbliğat işi intensiv aparılmalıdır. Gənclər doğru istiqamətə yönləndirilməli, onların məlumat bazası genişləndirilməli, bilikləri artırılmalıdır. Sayca ikinci dəfə təşkil olunacaq “Marş İrəli” layihəsinə maraq kifayət qədər böyükdür.

On günə yaxın müddətdə keçiriləcək layihə çərçivəsində gender bərabərliyi təmin olunmaqla respublikanın müxtəlif regionlarından müsahibə əsasında seçiləcək 17-25 yaşlı 150-dək gənc iştirak edəcək. Layihə çərçivəsində tapşırıq və oyunlarda gənclərin fiziki dözümlülüyü yoxlanılacaq. Bundan başqa, təşkil olunacaq motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunları da onların biliklərinin artırılmasına töhfə verəcək. Gənclər kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum təlimləri ilə əyani tanış olacaqlar. İştirakçılara taktiki, qarovul, atəş, komandir və digər hərbi hazırlıqlar, hərbi topoqrafiya və s. mövzular barədə də məlumat veriləcək.

Layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində iştirak edəcəklər. Onlar üçün mütəxəssislərin iştirakı ilə təlim-məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil olunacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ