manera.az
manera.az

Kiyevdə Nəsiminin heykəlinin açılışı oldu

24-05-2019, 17:08

Kiyevdə  Nəsiminin heykəlinin açılışı oldu
Ukraynanın paytaxtı Kiyev şəhərində İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Manera.az-a verilən məlumata görə, Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir şairin sitatları ilə başlayıb. O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir”, deyə Kliçko əlavə edib.

Ümumilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bakıda Şevçenko, Kiyevdə Ulu Öndər Heydər Əliyev, Müslüm Maqomayev və indi də İmadəddin Nəsiminin heykəlinin ucaldılması hər iki ölkə arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir”.
Kiyevdə  Nəsiminin heykəlinin açılışı oldu
Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.

Səfir Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində bir sıra kütləvi tədbirlər keçirilir. Səfirin sözlərinə görə, İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdıracaq.

Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirib. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031