manera.az
manera.az

Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar

24-05-2019, 16:29

Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar
Bu gün Azərbaycan Yazıçılar Birliyində Əhməd bəy Ağaoğlu mükafatı sahiblərinə təqdim edilib.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu Manera.az-a bildirib ki, Söhrab Sipehrinin “Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun “Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə professor Cavanşir Yusifli, “Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı mükafatlandırılıblar.

Mükafatları Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təqdim edib.

Mərasimdə Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcid, Bədii Tərcümə Mərkəzinin əməkdaşı Ayan Mirseyid də iştirak ediblər.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli Türkiyədə işgüzar səfərdə olduğundan, Səid Muğanlı isə təqdimetmə mərasiminə qatıla bilmədiyindən onların mükafatlarını Səlim Babullaoğlu, İlahə Kərimova isə Polşada yaşadığından onun mükafatını atası, qocaman təhsil işçisi Tofiq Kərimov qəbul ediblər.

Təqdimetmə mərasimindən sonra Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti, “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı və nəşriyyat planları ətrafında müzakirələr aparılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq.

Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar
Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar
Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar
Əhməd bəy Ağaoğlu mükafatı təqdim edildi - Fotolar

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30