manera.az
manera.az

Çingiz Abdullayevin yeni kitabı Fransada təqdim olundu

22-05-2019, 16:03

Çingiz Abdullayevin yeni kitabı Fransada təqdim olundu
Fransada fəaliyyət göstərən ‘’Kapaz’’ nəşriyyat evinin fransız dilinə tərcümə etdiyi və bu ölkədə yenicə nəşr etdiyi Çingiz Abdullayevin ‘’Şübhəsiz Metamorfoz’’ kitabının Strasburqda təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, müəllifin iştirakı ilə keçirilmiş bu mərasim çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin Fransadakı oxucuları ilə görüşü təşkil edilib.

Tədbir iştirakçıları arasında Strasburq universitetinin professor heyətinin üzvləri, Avropa institutları əməkdaşları, yerli ictimaiyyət təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri olublar.
Çingiz Abdullayevin yeni kitabı Fransada təqdim olundu
Təqdimat mərasiminin moderatoru vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra açılış sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib.

Fəxrəddin İsmayılov əvvəlcə ‘’Kapaz’’ nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuyuculara tanıdılması sahəsində həyatı dəyərli fəaliyyəti təqdir edib və Xalq yazıçısı Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşrinin qürur və sevinc mənbəyi olduğunu qeyd edərək, onun Azərbaycanın dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfədən bəhs edib.

Çingiz Abdullayevin zəngin tərcümeyi-halı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş moderator Tyeri Edmond daha sonra yazıçıya onun yaradıcılığının müxtəlif aspektləri barədə suallar verib. İnteraktiv müsahibə formatında keçirilmiş təqdimat mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Müsahibənin ardınca ‘’Kapaz’’ nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş ‘’Şübhəsiz Metamorfoz’’ kitabının imzalanma mərasimi keçirilib və yazıçı həmçinin onların çoxsaylı fərdi suallarını cavablandırıb.

Sonda “Balkan 7/8 Trio” qrupunun hazırladığı, Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı olunub.

Qeyd edək ki, Çingiz Abdullayevin Fransada çap edilmiş sayca səkkizinci kitabını - “Şübhəsiz Metamorfoz’’u Fransanın əksər bölgələrindəki kitabxanalardan, habelə internet vasitəsi ilə əldə etmək mümkündür./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031