manera.az
manera.az

Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu

21-05-2019, 19:22

Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu
Mayın 20-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub.

Manera.az xəbər verir ki, hər il görkəmli Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim edilən Rəsul Rza Mükafatı Beynəlxal Rəsul Rza Fondu tərəfindən təsis edilib.

Tədbiri giriş sözüylə Fondun sədri, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca açaraq, mükafat haqqında ətraflı məlumat verdi. Sonra mükafata layiq görülmüş laureatlar bir-bir elan edilib.

İlk mükafat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim edildi. İsa Həbibbəyli Rəsul Rza yaradıcılığı haqqında çıxış edərək, bu mükafatın onun üçün olduqca dəyərli olduğunu vurğulanıb.
Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olundu
Xalq rəssamı Arif Hüseynov, tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”n in baş redaktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, şair, professor Ənvər Əhməd, şair Maşallah Məftun, şair Tahir Taisoğlu, şair Etibar Vəliyev Beynəalxal Rəsul Rza Mükafatına layiq görüldülər. Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşdükdən sonra Fondun rəhbərliyinə təşəkkürlərini bildirdilər. Özbəkistan şairi Babaxan Şərifin mükafatı şair, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgərə təqdim edilib.

Tədbirdə filologiya elmləri doktoru, naşir Nadir Məmmədliyə Bəxtiyar Vahabzadə mükafatı təqdim edilib. Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bütün mükafat alan qələm adamlarını təbdik edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30