manera.az
manera.az

Minskdə Nəsiminin yubileyi qeyd olunub

30-04-2019, 16:21

Minskdə Nəsiminin yubileyi qeyd olunub
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi Minskdə qeyd olunub.

Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının Belarusdakı Səfirliyi Minskdəki “Dostluq Evi”ndə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii-musiqili tədbir keçirib.

Tədbirdə Belarus Mədəniyyət Nazirliyinin Beynəlxalq Əlaqələr və İnformasiya Təminatı idarəsinin rəisi Viktoriya Ratabılskaya, XİN-in MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq idarəsinin rəisi Viktor Denisenko, Beynəlxalq Miqrasiya Təşkilatının Belarus üzrə nümayəndəliyi, həmin ölkədə akkreditə olunmuş Tacikistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Rumıniya, Liviya, Fələstin və Moldova Səfirliklərinin nümayəndələri, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin və Belarus Dövlət Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Minskdə Nəsiminin yubileyi qeyd olunub
Keçirilən yubiley tədbirinin iki ölkə arasında mövcud olan mədəni və tarixi əlaqələrin daha da güclənməsinə və hər iki xalqın daha da yaxınlaşmasına xidmət etdiyini qeyd ediblər.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov keçən il Belarusda Hüseyn Cavidin 135 illiyinin bu il isə İ.Nəsiminin 650 illik yubileyinin keçirilməsi iki ölkə arasında bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin də geniş əhatəli surətdə inkişaf etdiyinin və xalqlarımızın bir-birinin mədəniyyətinə böyük maraq göstərməsini vurluğayıb.
Minskdə Nəsiminin yubileyi qeyd olunub
Tədbirin davamında Nəsimi filmindən fraqmentlər göstərilib. Tələbələr Nəsiminin lirik şeirlərindən yüksək ifaçılıq tərzi ilə parçalar oxuyub, “Mən bu cahanə sığmazam” qəzəlini səsləndiriblər.

Tədbirin sonunda Azərbaycan rəqsləri ifa olunub, “Sarı Gəlin”, “Getmə getmə gəl” mahnıları səsləndirilib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30