manera.az
manera.az

Nəsiminin yubileyi Budapeştdə qeyd olunub

25-04-2019, 16:50

Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
Aprelin 24-də Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib.

Tədbir Azərbaycanda elan olunmuş “Nəsimi ili" çərçivəsində keçirilib.

Əvvəlcə Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən və onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi olub.

Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri professor Vilayət Quliyev böyük Azərbaycan şairi Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki tutduğu yerdən və mövqedən danışıb.

Daha sonra çıxış edən Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev öncə bütün tədbir iştirakçılarını salamlayaraq bu tədbirin keçirilməsinə şərait yaratdığı üçün Türkiyə Səfirliyinin Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda, Macarıstan kimi dost ölkələrdə, Parisdə YUNESKO çərçivəsində Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov öz çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən və onun əlyazmalarının yayılma arealından danışıb.

Kərim Tahirov bildirib ki, hazırda dünya kitabxanalarının və müzeylərinin fondlarında Nəsiminin 50-dən artıq əlyazmaları saxlanılır. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə ilk növbədə Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının və sonrakı illərdə isə digər görkəmli şairlərimizin əlyazmalarının rəqəmsal surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri cənab Əhməd Akif Oktay da iştirak edib.

Tədbirin bədii hissəsində “Nəsimi” tammetrajlı bədii filmindən fraqmentlər göstərilib, türkiyəli və Azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin şeirləri və şeirlərinə yazılmış musiqilər ifa olunub.

Tədbirə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası və Budapeştdəki Yunus Əmrə İnstitutu təşkilatçılıq edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30