manera.az
manera.az

Təbrizli şairin “Qaranlığın fotosu” kitabı işıq üzü görüb

Təbrizli şairin  “Qaranlığın fotosu” kitabı işıq üzü görüb
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Yazarlar Birliyinin üzvü, gənc şair Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı, sayca üçüncü kitabı işıq üzü görüb.

Manera.az xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələri toplanıb.

Sözügedən kitabın öz söz müəllifi “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandır.

“Qaranlığın fotosu”nun məsləhətçisi Səlim Babullaoğlu, redaktoru Emil Rasimoğlu, korrektoru İlahə Eldarqızıdır.
Təbrizli şairin  “Qaranlığın fotosu” kitabı işıq üzü görüb
Qeyd edək ki, kitabın təqdimat mərasimi Milli Elmlər Akademiyasının “Akademkitab” kitab evində 16 Mart 2018-cu il tarixində, saat 13-00-da keçiriləcək.

Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

Ünvan: Bakı Dövlət Universitetinin və “Elmlər Akademiyası” metrosunun yeni çıxışının yanı.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930