manera.az
manera.az

AYB-də Kuba səfiri ilə görüş

22-02-2019, 12:51

AYB-də Kuba səfiri ilə görüş
Xalq yazıçısı Anar Kuba Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Alfredo Nieves Portuondonu və onun xanımı, konsul Alina Quesada Rodriguezi qəbul edib.

Manera.az xəbər verir ki, görüş zamanı Azərbaycan-Kuba münasibətlərinin tarixi və bu günü müzakirə edilib. Səfir Alfredo Portuondo görüş üçün təşəkkür etdikdən sonra Azərbaycan mədəniyyəti tarixində xüsusi rola malik Azərbaycan Yazıçılar Biriyi kimi bir qurumda olmasından məmnunluğunu ifadə edib. Daha sonra müasir Kuba Republikasının həm iqtisadi, həm elmi, xüsusən də səhiyyə sahəsindəki nailiyyətlərindən söz açıb, eyni zamanda Kuba ədibiləri ilə Azərbaycan ədibləri araında əlaqələrin qurulmasını və vacibliyini dilə gətirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Kuba səfirini və xanımını yazıçılar təşkilatında görməkdən məmnun olduğunu qeyd edib, bu ziyarəti əlamətdar hesab edib və qeyd edib ki, ispandilli ədəbi arealda xüsusi yerə və rola malik Kuba ədəbiyyatının bugününü tanıtmaq və tanımaq vacib məsələdir, ona görə də yazıçılarımız arasında əməkdaşlıq olmalıdır. Azərbaycanda “Nəsimi ili” elan olunmasını xatırladan xalq yazıçısı bunun elə bütövlükdə ədəbiyyat ili demək olduğunu söyləyib və ümid edib ki, bu il həm də ölkələrimiz arasında ədəbi əlaqələrin yeni müstəviyə çıxması ilə yadda qalacaq.

Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, Kuba Respublikasının ölkəmizdəki səfirinin köməkçisi, tərcüməçi Rəna Əliyeva da iştirak ediblər../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031