manera.az
manera.az

Elçinin “Baş” romanı İtaliyada işıq üzü görüb

19-12-2018, 11:25

Elçinin “Baş” romanı İtaliyada işıq üzü görüb
Xalq yazıçısı Elçinin son illər Azərbaycan ədəbiyyatının böyük uğuru kimi qiymətləndirilən “Baş” romanı xarici ölkələrdə geniş yayılmaqdadır. Son dövrdə əsər Türkiyə, Almaniya, Rusiya, Misir, Moldova və digər ölkələrin məşhur nəşriyyatları tərəfindən nəşr edilib, bir sıra xarici mətbuat orqanlarında dərc olunub.

Bu nəşrlər ədəbi tənqidin diqqət mərkəzində olub, mətbuat “Baş” romanını ancaq milli ədəbiyyatın deyil, ümumiyyətlə müasir dünya nəsrinin hadisəsi kimi işıqlandırıb.

Manera.az xəbər verir ki, bu günlərdə İtaliyanın “Roma–Sandro Teti Editore” nəşriyyatı “Baş” romanını italyan dilində nəfis tərtibatla çap edib.

Əsəri Olqa Mazzina tərcümə edib. Kitabın tərtibatı Laura Perettiyə məxsusdur.

Məlumat üçün bildirək ki, “Baş” romanı ABŞ, İngiltərə və Çex Respublikasında da nəşrə hazırlanır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30