manera.az
manera.az

İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr olundu

17-12-2018, 11:03

İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr olundu
Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlik və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində şirkət tərəfindən bu müddət ərzində 18 bədii əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200.000-ə yaxın oxucuya çatdırılıb.

Layihə çərçivəsində ən son çap olunan kitablardan biri görkəmli Azərbaycan yazıçısı İsi Məlikzadənin “Quyu” povestidir.

Povesti Türkiyə türkcəsinə Yurtsevən Şən çevirib. Kitabın redaktoru Ərturan Almasdır.

Ümumilikdə 96 səhifədən ibarət kitabın ilk səhifəsində yazıçının qısa bioqrafiyası oxuculara təqdim olunur.

Qeyd edək ki, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsinin Türkiyə Respublikasında icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri Türkiyədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdən ibarətdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30