manera.az
manera.az

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

15-12-2018, 19:57

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb.

Aşıqlar Birliyindən Manera.az-a bildirilib ki, indiyədək aşıq sənəti və ustad aşıqların həyat və fəaliyyətindən bəhs edən "Ozan-aşıq dünyası", "Sazımız - sazbəndimiz", "Aşıq Ələsgər", "Haqdan gələn saz", "Xan Kamandar", "Hüseyn Saraçlı" kimi bir neçə kitabı işıq üzü görmüş müəllifin "Saza baxsın tariximi yazanlar" adlı bu kitabı da bütövlükdə aşıq sənətinə həsr olunub.

Kitabda M.Nəbioğlunun aşıq sənəti ilə bağlı son illərdə qələmə alıb müxtəlif mətbuat orqanlarında çap etdirdiyi elmi-publisistik məqalələri və Dədə Şəmşir, Ağacan, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Ələsgər Tağıyev, İsfəndiyar Rüstəmov və digər ustad aşıqlarımızın həyatından bəhs edən maraqlı oçerkləri ilə yanaşı, qadın aşıqlarımız və sazbəndlər haqqında da ayrıca bölümlər var. Eləcə də, müəllifin ayrı-ayrı vaxtlarda müxtəlif elm adamlarından və ustad aşıqlardan götürdüyü müsahibələr, kitablara yazdığı "Ön söz"lər, özünün verdiyi müsahibələr və kitabları haqqında yazılmış rəylər də kitabda yer alıb.

"Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru isə filologiya elmləri namizədi Razim Məmmədlidir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30