manera.az
manera.az

Kinorejissor Arif Babayevin xatirəsi anılıb

1-12-2018, 14:59

Kinorejissor Arif Babayevin xatirəsi anılıb
Noyabrın 30-da Nizami Kino Mərkəzində Azərbaycanın görkəmli kinorejissoru, Əməkdar incəsənət xadimi Arif Babayevin 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Manera.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgiyə baxıblar.

Tədbirdə Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev çıxış edərək rejissorun həyat və fəaliyyətindən, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıb. Bildirilib ki, onunla bağlı 2000-ci ildə “Kinorejissor Arif Babayev” sənədli filmi, həmçinin bir neçə televiziya filmi ekranlaşdırılıb. Görkəmli rejissor Azərbaycan milli kinematoqrafiyasının inkişafında silinməz izlər qoyub. O, 1956-cı ildə Rauf Kazımovski, Kamil Rüstəmbəyov, İsmət Səfərəlibəyov kimi ustad rejissorlarla çalışıb. 1960-cı ildən C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çalışan sənətkar 1965-ci ildə artıq “Zirvə” filmini təhvil verməklə özünü sübut edə bildi.
Kinorejissor Arif Babayevin xatirəsi anılıb
Diqqətə çatdırılıb ki, ki, A.Babayev daha çox “Gün keçdi”, “Uşaqlığın son gecəsi”, “İnsan məskən salır”, “Arxadan vurulan zərbə” filmləri ilə tamaşaçı rəğbətini qazanıb.

Kinoşünasların, mədəniyyət xadimlərinin, yubilyarın qohumlarının iştirakı ilə keçirilən tədbirdə digər çıxış edənlər sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışıblar.

Daha sonra qonaqlar rejissor Arif Babayevin həyatından bəhs edən videoçarxa baxıblar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30