manera.az
manera.az

Dünya şöhrətli pianoçu Bakıda konsert verdi

25-11-2018, 13:07

 Dünya şöhrətli pianoçu Bakıda konsert verdi
Noyabrın 24-də dünya şöhrətli macar pianoçu, bəstəkar Peter Bens ilk dəfə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Manera.az xəbər verir ki, konsertdən əvvəl mətbuat konfransı keçirən pianoçu musiqi yaradıcılığı barədə məlumat verib.

Bildirib ki, 2-3 yaşlarından pianoda ifa etməyə başlayıb, beş yaşında isə musiqi məktəbinə daxil olub. Əvvəllər daha çox dünya şöhrətli bəstəkarlardan Mosartın, Şopenin əsərlərini dinləyirdisə, indi Sebastiyan Baxa üstünlük verir. İlk kompozisiyasını yeddi yaşında yazıb.

Bakıda ilk dəfə olduğunu qeyd edən pianoçu Bakı Konqres Mərkəzi kimi möhtəşəm bir məkanda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu ifadə edib: “İlk dəfə olaraq yazdığım və heç bir yerdə təqdim etmədiyim əsərlərimi də burada ifa edəcəyəm. Bir az həyəcanlıyam. Gələcəkdə Bakıda ustad dərsləri keçmək arzusundayam”.
 Dünya şöhrətli pianoçu Bakıda konsert verdi
Mətbuat konfransından sonra pianoçu konsert proqramı ilə çıxış edib. Musiqili gecədə P.Bens öz bəstələri ilə yanaşı, dünya şöhrətli musiqiçilərin də əsərlərinə müraciət edib.

Qeyd edək ki, pianoçu 2012-ci ilin yanvar ayında Ginnesin Rekordlar Kitabına düşüb. Cəld ifasına görə dünyada 1-ci yerdədir. Son iki ildə dünyanın 40-dan çox ölkəsində çıxış edib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031