manera.az
manera.az

Bakıda Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü qeyd edilib

29-10-2018, 23:38

Bakıda Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü  qeyd edilib

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Səfir Erkan Özoral tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 95-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.

Müraciətdə Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edən Prezident müstəqilliyin qazanılması yolunda qəhrəmanlıqlar göstərən hər bir türk övladının xatirəsinin ehtiramla anıldığını bildirir. Qeyd edilir ki, 2016-cı il 15 iyun dövlət çevrilişinə cəhd və terrorla mübarizə zamanı canlarından keçmiş bütün qəhrəman vətən övladlarının əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Türkiyə Prezidenti müraciətində güclü demokratiya və iqtisadiyyat yolunda atılan hər addımı ölkənin parlaq gələcəyi üçün yandırılan bir işıq kimi dəyərləndirdiyini bildirərək İstanbulda istifadəyə verilən yeni hava limanının da bu işıqlardan biri olduğunu vurğulayıb.

Türkiyənin hər bir uğurunun bölgədəki və dünyadakı bütün məzlumların ürəyindəki ümidləri canlandırdığını bildirən Prezident deyib: “Məhz bu səbəbdəndir ki, ölkəmizin iqtisadiyyatı dünyanın 17 ən böyük iqtisadiyyatından biri olduğu halda, humanitar yardımlar məsələsində ilk sıradadır. Hər kəsin qapısını bağladığı qaçqınlara evini, ürəyini açan Türkiyə olmuşdur”.

Müraciətinin sonunda Prezident 95 illiyinin qeyd edildiyi Türkiyə Cümhuriyyətinin əbədi yaşaması üçün bundan sonra da tam gücləri ilə çalışacaqlarını diqqətə çatdırıb.

Bakıda Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü  qeyd edilib

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov rəsmi qəbulda çıxış edərək Türkiyə Respublikasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini təbrik edib, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.

“Bu gün Türkiyə xalqı Cümhuriyyətin 95 illiyi ilə yanaşı, daha bir bayramı - tarixi İstanbul şəhərində yeni hava limanının açılışını qeyd edir. Bu, nəinki Türkiyədə, eləcə də dünyada həyata keçirilən nəhəng layihələrdən biridir. Bu mühüm hadisə münasibətilə də Türkiyə xalqını, Prezidentini təbrik edirik”, - deyə Azərbaycanın Baş naziri vurğulayıb.

Novruz Məmmədov deyib: “Əlaqələrimizin daha da dərinləşməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın xüsusi rolunu vurğulamaq istərdim.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyə və bizim haqlı mövqeyimizi daim müdafiə etdiyinə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığımı bildirirəm.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq”.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Bakıda Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü  qeyd edilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031