manera.az
manera.az

Məmməd Araz Kiyevdə anılıb

21-10-2018, 18:34

Məmməd Araz Kiyevdə anılıb
Oktyabrın 18-də Kiyev şəhərində yerləşən Səməd Vurğun adına kitabxanada Məmməd Arazın 85 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi baş tutub.

Manera.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.

Tədbirin tərəfdaşları Ukrayna Yazıçılar Birliyinin Kiyev təşkilatı, İslam mədəniyyət Mərkəzi, Boris Oleynik adına Ukrayna mədəniyyət mərkəzi olub. Tədbirin təşkilatçısı Marina Qançarukdur.

Yaradıcılıq gecəsinin iştirkaçıları arasında yazıçılar, professorlar, tərcüməçilər, ictimai xaidmlər, Azərbaycan diasporasının nümayəndələri yer alıblar. Tədbirdə Azərbaycanın Ukrayna səlahiyyətli səfiri Azər Xudiyev də iştirak edib.
Məmməd Araz Kiyevdə anılıb
Qonaqlar Ukraynanın əməkdar artisti Boris Lobodanın, tanınmış şair Şəhriyar Del Gerani və Səfai Naibovun rəhbərliyi altında fəaliyyət göstərən bazar günü məktəbinin şagirdlərinin ifasında Məmməd Arazın şeirlərini dinləyiblər. Bundan başqa, "Ləzginka” şou-balet qrupu öz kompozisiyasını təqdim edib.

Tədbirin aparıcısı məşhur tərcüməçi – şair Vano Krüger olub.

Həmçinin Azərbaycana həsr olunmuş "Nar çalarları poeziyası” Kiyev poeziya festivalının finalçılarının şeirlərini səsləndirilib.
Məmməd Araz Kiyevdə anılıb
Səməd Vurğun adına kitabxananın dostları Səbail rayon MKS-la birlikdə Məmməd Araza həsr olunmuş sənədli video və fotolar da tədbir boyunca qonaqlara nümayiş olunub../aznews.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031