manera.az
manera.az

Tarey Vesosun kitabı ilk dəfə Azərbaycan dilində

Tarey Vesosun kitabı ilk dəfə Azərbaycan dilində
Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış Norveç yazıçısı Tarey Vesosun “Buz qəsr” kitabı çap edilib.

Tərcümə Mərkəzindən MANERA.AZ-a bildirilib ki, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Buz qəsr”, “Quşlar” romanları, “Nils Fet”, “Nağıl”, “Qışın son günləri” hekayələri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə işıq üzü görən Vesosun yaradıcı özünəməxsusluğu – 73 il yaşamış yazıçının ömrünün sonunacan öz uşaqlıq xatirələrindən ayrıla bilməməsi, dünyaya, insanlara inam və saflıq dolu bu xatirələri özündə və əsərlərində yaşatmasıdır.

Əsasən məktəb həyatından bəhs edən hekayə və romanlar toplanmış kitab geniş oxucu kütləsi, habelə ali və orta məktəb tələbələrinin mütailəsi üçün nəzərdə tutulub.

Kitaba daxil edilmiş əsərləri dilimizə yazıçı Yaşar tərcümə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930