manera.az
manera.az

Muzeydə Turan Cavidin xatirəsi anılıb

13-09-2018, 13:48

Muzeydə Turan Cavidin xatirəsi anılıb
Böyük şair və dramaturq Hüseyn Cavidin qızı, pedaqoq, mətnşünas Turan Cavidin vəfatından 14 il ötür.

Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyində Turan Cavidin xatirəsini anma mərasimi keçirilib.

Muzeydən MANERA.AZ-a bildiriblər ki, mərasimdə bu qurumun direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı T.Cavidin mənalı ömür yolundan, böyük sənətkar Hüseyn Cavid irsinin toplanması, tədqiq və təbliğində əvəzsiz xidmətlərindən danışıb.

Turan Cavidin həyat və fəaliyyətinin layiqli örnək olduğunu qeyd edən G.Babaxanlı onun Cavidlər ailəsi irsi ilə bağlı gördüyü işlərin əhəmiyyətindən danışıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavid irsinə daim yüksək diqqət göstərib.

Sonra tədbir iştirakçıları Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponat və kitablarla tanış olublar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30