manera.az
manera.az

Türk dünyası Sapancada görüşür – II Türk Qurultayı

Türk dünyası Sapancada görüşür – II Türk Qurultayı
Türkiyənin Sapanca bölgəsində İkinci Türk Dünyası Məşvərət Qurultayı keçirilir.

MANERA.AZ xəbər verir ki, türk dünyası üçün önəmli olan qurultay iyulun 27-də başlayıb 29-da bitəcək. Qurultayı türk millətçilərinin qurduğu “Əhdə vəfa 78” dərnəyi və MHP -yə bağlı tanınmış ülküçülər təşkil edir.

Qurultaya türk dünyasından, o cümlədən Azərbaycandan şair, yazar, jurnalist və millət vəkilləri qatılıb.

Azərbaycandan gedən heyətdə millət vəkilləri Qənirə Paşayeva, Fərəc Quliyev, Zahid Oruc, media təmsilçiləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurasının İH-nin üzvü Azər Həsrət, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, yazar, polkovnik Novruz Həsənov, DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və “Minval.İnfo” saytının baş redaktoru Məhəmməd Türkmən var.

Qurultaya Orta Asiya respubliklarından da çox nüfulzu ziyalılar, jurnalistlər, yazarlar dəvət edilib. Məsələn, onların arasında Qazaxıstandan Qazaxıstan Yazıçılar Birliyinin birinci köməkçisi, şair Akberen Elgezek, “Jalin” jurnalının yazarı Erkinbek Serikbay, Yasevi adına Qazax-Türk Universitetinin müəllimi, şair-tərcüməçi, Dos.Dr. Gülnaz Fayzulla, şair, telejurnalist Tanagöz İlyas, Qırğızıstandan Manas Universitetinin müəllimi, şair-tərcüməçi Altınbek İsmayılov, şair-tərcüməçi Bekbolat Sarıbay, Özbəkistandan şair-tərcüməçi Fəxrəddin Nizamov, “Kitab Dünyası” qəzetinin baş redaktoru, şair-tərcüməçi Xasiyyət Rüstəm, Özbəkistan Ədəbiyyat Muzeyinin direktoru Pr.Dr. Jobbar İşenkul və “Türkiyənin səsi” radiosu Türkmən şöbəsinin rəhbəri Murad Toylu da var.

Qurultayın əsas məqsədi İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı istiqamətində daha nələrin yapıla biləcəyini müzakirə etmək və türk topluluqları arasında bağların daha da güclənməsinə yardım etməkdir: “Biz bu istiqamətdə dəvət etdiyimiz qəzetçi, araşdırmaçı-ailmlər və siyasətçilərin baxışlarını alacaq, bu fikirlərdən bir nəticəyə varmağa çalışacağıq”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930