manera.az
manera.az

"Ovçu" tarixi romanının müzakirəsi keçirilib

19-07-2018, 15:14

"Ovçu" tarixi romanının müzakirəsi keçirilib
İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist Yunus Oğuzun "Ovçu" tarixi romanının müzakirəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ovçu" əsərinin 2016-cı ilin Aprel döyüşlərinə həsr olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, roman Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevdən bəhs etsə də, ümumən Qarabağ döyüşlərində şəhid olmuş bütün igid oğlanlarımızın əziz xatirəsinə elegiyadır.

Sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Elnarə Qaragözovanın "Ovçu" romanında tarixiliklə müasirliyin vəhdəti" mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, və digər çıxış edənlər “Ovçu" romanı haqqında fikirlərini bölüşüblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30