manera.az
manera.az

“Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub

29-06-2018, 22:56

“Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub

Bakıda TÜRKSOY-un 25 illiyinə həsr edilən konsert proqramı təqdim olunub


İyunun 29-da R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un 25 illiyinə həsr olunmuş “Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl çıxış dən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın yubileyi münasibətilə keçirilən tədbirin türk xalqlarının möhkəm dostluğunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edib ki, TÜRKSOY 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atmaqdadır. Qurumun ənənəvi layihələrindən biri də türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin şərəfinə xatirə ilinin keçirilməsidir.

Təşkilatın ölkəmizlə əlaqələrini yüksək qiymətləndirən D.Kaseinov deyib ki, TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.

“Türk dünyasının inciləri” adlı konsert proqramı təqdim olunub

“Təşkilatın 25 illiyinin keçirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 iliyinin qeyd edilməsi ilə üst-üstə düşür. Biz təşkilatımızın 25 illiyini bu ilin sonunadək müxtəlif tədbirlərlə qeyd edəcəyik. Yubiley tədbirləri Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə də qeyd olunacaq. Belə tədbirlər mədəniyyətimizə və dostluğumuza olan hörmətin göstəricisidir”, - deyə baş katib söyləyib.

Tədbir F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Qazaxıstanın “Murager” mahnı və rəqs ansamblı, habelə Türkiyə, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və Tuvadan dəvət olunmuş musiqiçilərin təqdimatında konsert proqramı ilə davam edib.

Konsertdə türk dünyasının görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.


ə
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031