manera.az
manera.az

"Ədəbi proses-2017" Yaradıcılıq müşavirəsi keçirilib

6-06-2018, 11:48

"Ədəbi proses-2017" Yaradıcılıq müşavirəsi keçirilib
İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses-2017" mövzusunda Yaradıcılıq müşavirəsi keçirilib.

MANERA.AZ xəbər verir ki, müşavirəni giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ədəbi prosesin ümumi mənzərəsindən danışıb, 2013-cü ildən bəri ənənəvi şəkildə keçirilən bu müşavarilərin ədəbi əhəmiyyətini vurğulayıb: "Ədəbi proses dedikdə, ilk növbədə müəyyən olunmuş ilin və ya illərin ədəbi mənzərəsi təsəvvür olunur. Ona görə də "Ədəbi proses" yaradıcılıq müşavirələri "İlin ədəbi mənzərəsi" adlı ümumiləşdirilmiş elmi məruzələrlə başlanır.

Ədəbi proses - hərəkətdə olan yaradıcılıq prosesi deməkdir. Bu mənada "Ədəbi proses-2013", sonrakı "Ədəbi proses-2014"ün start nöqtəsidir. Yaxud "Ədəbi proses-2016" özündən əvvəlki "Ədəbi proses-2015"in davamıdır. Ədəbi prosesin illəri və gedişatı arasında daxili bir bağlılıq mövcuddur. Ədəbi proses ədəbiyyatdakı yaradıcılıq təkamülü proseslərinin gedişatının mühitdəki əks-sədasıdır. XXI əsrin "Ədəbi proses" yaradıcılıq müşavirələrində ədəbi növlər üzrə təhlilləri daha da dərinləşdirmək üçün janrlar əsasında təhlillər keçidə start verilmişdir. Bu, tədrici proses olub, illər üzrə daha da genişlənərək Azərbaycan ədəbiyyatının demək olar ki, bütün aparıcı janrlarını əhatə etmişdir".

Akademik qeyd edib ki, "Ədəbi proses" materialları 2013-2018-ci illər Azərbaycan ədəbiyyatının sadəcə salnaməsi deyildir və əksinə, bu dövrün ədəbiyyatının janrları üzrə canlı mənzərəsini göstərən, inkişaf dialektikasının qanunauyğunluqlarını açan bir hərəkatdır. Onun sözlərinə görə, bu il keçirilən "Ədəbi proses" yaradıcılıq müşavirəsi həm də böyük elmi hərəkatın müstəqillik dövründəki 5 illik yubiley hesabatı kimi də mühüm əhəmiyyətə malikdir. "Ədəbi proses" hərəkatının bu günki inkişaf səviyyəsindən onun sonrakı gələcək üfüqləri də aydın şəkildə görünür.
"Ədəbi proses-2017" Yaradıcılıq müşavirəsi keçirilib
Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında XX əsrin son onillilklərində keçirilən ədəbi müşavirələri xatırladıb, 2013-cü ildən start götürən Ədəbi proses müşavirələrini onların layiqli davamı adlandırıb. Onun irəli sürdüyü mühüm təklif tədbir iştirakçılarının böyük marağına səbəb olub: "Ədəbi proses hərəkatı ifadəsi çox uğurlu tapıntıdır. Ədəbiyyatımıza münasibət baxımından bu məruzələrin çox böyük əhəmiyyəti var. Akademiyanın ədəbiyyat adamlarına, ziyalılara, eləcə də çağdaş ədəbi prosesə bu cür diqqəti təqdirəlayiq haldır. 2013-cü ildən sonra biz də yeni hərəkatın iştirakçılarına çevrildik. İndi elə bir zamandır ki, çap olunmaq problem deyil, hər kəs çap oluna bilir. Fikrimcə, əsas məsələ bu qədər çap olunan əsərlər içərisində ən dəyərlilərini tapmaq, digərlərindən fərqləndirməkdir. Bu mənada düşünürəm ki, məruzəçilər öz sahələri üzrə ən dəyərli, ədəbi prosesə yön verən əsərləri fərqləndirib onlar haqqında ayrıca məruzə və ya məqalə kimi çap etdirə bilərlər. Bunun özü də ədəbi prosesə müsbət təkan olar".

"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan çıxışında deyib ki, ilin ədəbi prosesinə doğru qiymət vermək üçün öncə bizim ədəbi tənqid təfəkkürümüz formalaşmalıdır. O bildirib ki, "Ədəbiyyat qəzeti" hər il davamlı olaraq, ilin ədəbi yekunlarına həsr olunmuş ənənəvi müşavirənin materiallarını dərc edir: "Amma bu dəfə məruzələri həmişəki kimi qəzetin ayrı-ayrı saylarında pərakəndə şəkildə deyil, bir özəl sayda təqdim etmək qərarına gəldik. Təqdim olunan yazılara nəzər yetirərkən Belinskinin "1847-ci il rus ədəbiyyatına bir nəzər" məqaləsini xatırladım. Tənqidçi yazırdı: "1847-ci ildə ədəbiyyatda əslində, heç bir yenilik baş vermədi". İlin ədəbi yekunlarının müzakirəsi ilə Nizami adına Ədəbiyyat İnstitutu da müəyyən mənada ilin (və illərin) ədəbi hadisəsinin sorağına çıxır".
"Ədəbi proses-2017" Yaradıcılıq müşavirəsi keçirilib
Misirdə Azərbaycan ədəbiyyatına böyük rəğbət olduğunu, Misir universitetlərdə Azərbaycan dilini öyrənən tələbələrin sayının ilbəil artdığını deyən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, kitabın tərcüməçisi Əhməd Sami ərəb dilində Azərbaycan ədəbiyyatı tarixi kitabının çap olunması təklifi ilə çıxış edib. O qeyd edib ki, bu qədər zəngin mənbəyə və irsə malik Azərbaycan ədəbiyyatının başqa ölkələrə təqdimatı ən vacib amillərdən biridir.

Filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı artıq beş ildir davamlı şəkildə keçirilən "Ədəbi proses" müşavirələrinin ciddi əhəmiyyətindən danışıb, deyib ki, yaxşı olardı, seçilmiş ədəbiyyatşünaslar Azərbaycan ədəbiyyatının son 25 ilinə hərtərəfli şəkildə qiymət versinlər.

Daha sonra məruzələr dinlənilib.

Alimlərdən Elnarə Akimova "İlin ədəbi mənzərəsi", Vaqif Yusifli şeir, Esmira Fuad poema, Nərgiz Cabbarlı roman, Nərmin Cahangirova hekayə, Fidan Abdurrəhmanova ədəbi gənclik, Cavanşir Yusifli ədəbi tənqid, Aygün Bağırlı uşaq ədəbiyyatı: şeir, Günay Qarayeva uşaq ədəbiyyatı: nəsr və dramaturgiya, Elçin Mehrəliyev publisistika, Aynurə Mustafayeva dramaturgiya, Lalə Həsənova rusdilli Azərbaycan ədəbiyyatı, Pərvanə Məmmədli Cənubi Azərbaycan ədəbiyyatı, Nizami Hüseynov bölgələrdə ədəbi həyat, Maral Yaqubova ədəbiyyat nəzəriyyəsi, Xanım Zairova ədəbi əlaqələr: Azərbaycan və Avropa, Eşqanə Babayeva Ədəbi əlaqələr: Azərbaycan və Türk dünyası, Mərcan Sofiyeva bədii tərcümə, Vüqar Əhməd Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının bədii yaradıcılığı mövzuları üzrə məruzələr təqdim ediblər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031