manera.az
manera.az

Bakıda tolerantlıq festivalı olacaq

19-04-2018, 20:50


Bakıda tolerantlıq festivalı olacaq"Mayın 2-dən 17-dək Bakıda növbəti dəfə IMAGINE” Avropa Tolerantlıq Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif musiqilər səsləndiriləcək, müzakirələr və debatlar təşkil olunacaq"

Bu fikirləti Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas söyləyib.

Diplomat qeyd edib ki, festival çərçivəsində Avropa tolerantlığı barədə 40-dan çox müxtəlif mövzulu sənədli filmin nümayişi və fotosərginin açılışı planlaşdırılır.

Tədbir çərçivəsində, iki konsert proqramı və bir açıq havada teatrı nümayiş ediləcək, eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş və müzakirə olunacaq. Mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərini təbliğ edəcək bu festival İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə, Bakıda 10 illiyini qeyd edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və İsveçrə, Norveç, Braziliya, İsrail, Peru, Moldova, Meksika, Amerika Birləşmiş Ştatları və Argentinanın Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində reallaşacaq.

Qeyd edək ki, İmagine Avro Tolerantlıq Festivalı Bakıda musiqi tamaşaları, master klaslar, teatr sərgiləri, film nümayişləri, debatlar və İmagine Avropa Tolerantlıq Festivalına qatılacaq beynalxalq səviyyədə tanınmış film rejissorları və musiqiçilərlə müzakirələr təqdim edəcək.

Bakıda tolerantlıq festivalı olacaq

Tolerantlıq və müxtəliflik mövzusunda 40-dan çox sənədli film festivalda təqdim olunacaq.

Film nümayişləri yerli və beynəlxalq film sənətkarlarının iştirakı ilə müxtəlif sosial məsələlər üzrə müzakirələrlə tamamlanacaq.

Təşəbbüs Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Cinex Production, ADA Universiteti, Baku Musiqi Akademiyası, Venesiyanın Ca’ Foscari Universiteti, Azərbaycan Dillər Universiteti, ADO Teatr- Kollektivinin əməkdaşlığı ilə The Landmark, Park Cinema, “Yarat” Müasir İncəsənət Mərkəzi tərəfindən dəstəklənir.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30