manera.az
manera.az

Sirri öz ürəyinə də demə...- Nəsihətlər

Sirri öz ürəyinə də demə...- Nəsihətlər
"Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər


(Şir və Öküz fəslindən seçilmiş )


Dülgərlik meymun işi deyil.

Dovşanın şikar edən Şir ağ keçisini gördükdə , dovşanını buraxlıb,onun üzərinə hücum edər.

Ali dərəcəyə çatmaq üçün mərd və iradəli adamların köməyə ehtiyacı yoxdur.

Allı adamlar insanların gizli işlərini onların xarici əlamətlərindn, xarici görünüş və qiyafələrindən başa düşərlər.

Üç işi görməyə yalnız üç nadan adam cəsarət edər; şahlarla dostluq etməyə, dadına baxmaq xatirinə zəhər içməyə,

sirri arvada verməyə.

Dama-dama göl olar, dada -dada heç.

Məsləhət və tədbir ilə görülən işi qol gücü ilə görmək olmaz.

İgid adamlara yalnız iki yer yaraşır; o ya şah qulluğunda şöhrət tapmalı, ya inzivaya ( guşəyə-N.N.)

çəkilərək, zahidlik etməlidir.

Zülm qılıncı işlədən həmin qılıncla da məhv olar.

İki şey şahlara yaraşmaz; baş çalmasını ayağa dolamaq, ayaq dolağını başa bağlamaq.

Ağıllı adam düşmən haqqında elə tədbir görməlidir ki, özünə xətəri olmasın.

İşlərin ən yaxşısı odur ki,başlanğıcı xoş, sonu xeyirli olsun.

Dostların ən xoşa gələni odur ki, höcət olmaya və hər işdə kömək ola.

İnsanların ən dövlətlisi odur ki, acgöz və həris olmaya.

Sərvət- ticarətsz, elm- mübahisəsiz, hakimiyyət - siyasətsiz ola bilməz.

Söz nə qədər ki, deyilməyib, onu hər zaman demək olar, lakin deyilmiş sözü geri qaytarmaq mümkün deyildir.

Sirri öz ürəyinə də demə....

Sonrakı peşmançılıq fayda verməz.

Ağıllı adamlar inama xəyanət etməzlər.

Yalan və iftiranın həddi-hüdudu olmaz, o get-gedə artar, azalmaz.

Nə əkərsən, onu da biçərsən.

Hiylə və xəyanət ağacının barı müsibət və fəlakət olar.



Nazim Nəsrəddinov,
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930