Əhməd Sami Elaydi: “Tələbə mübadiləsi vacibdir”
“Tələbə mübadiləsi vacibdir”
Manera.az xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimiya İnstitutunda institutun direktoru AMEA-nın müxbir üzvi professor Əlövsət Quliyev və “Aqrobioeko” şirkətinin prezidenti Əli Əlizadə ilə görüşdə deyib.
Görüşdə institutun direktoru Ə.Quliyev qonağı salamlayaraq institutun və fəaliyyəti haqqında ona məlumat verdi. O, institutun Azərbaycan, Özbəkistan və Qazaxıstan da Qədim türklərə məxsus kəhrizlərin eyni zamanda Makedoniyalı İskəndərin qazdırdığı kəhriz quyularının araşdırılaraq yenidən ortaya çıxarıdığını qeyd edib.
Daha sonra çıxış edən “Aqrobioeko” şirkətinin prezidenti Əli Əlizadə öz fəaliyyətləri haqqında qonağı məlumatlandırdı. O, tullantıları götürərək qoxulardan təmizləyib gübrə hazırladıqlarını və o gübrələrin torpağın münbitləşdirilməsində istifadə etdiklərini qeyd etdi. Bununla bağlı şirkətin bir neçə ərəb ölkəsində işlər gördüyünü vurğulayıb.
Çıxış edən Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi onlara dəvət üçün öz təşəkkürünü bildirdi. O, Mərkəzin fəaliyyəti və iki ölkə arasındakı əlaqələrdən danışaraq qeyd etdi ki, bu yaxınlarda Misirdə keçiriləcək torpaqşünaslığa dair beynəlxalq konfransda azərbaycanlı alimlərin iştirak etməsi üçün Misirdən dəvət göndərilib. Bundan əlavə Əhməd Sami bu sahə üzrə qarşılıqlı tələbə mübadiləsinin vacibliyini öz çıxışında qeyd edib.
Sonda Əhməd Sami institura Qədim Misiri tərənnüm edən papirusu hədiyyə edib.
Fatimə,
MANERA.AZ