manera.az
manera.az

Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisi

2-02-2018, 15:45

Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisi
Fevralın 2-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər günüdür” adlı kitab sərgisi açılıb.

MANERA.AZ xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bu günün əhəmiyyətindən danışıb.

Vurğulayıb ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu gün hər bir sahədə gənclərə dövlət tərəfindən yüksək qayğı göstərilir, gənclərin cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaradılır.

K.Tahirov ölkə başçısı İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsini qeyd edərək, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün gördüyü işlərə diqqət çəkib.

Tədbirdə çıxış edən bir qrup gənc müstəqil Azərbaycanda onlara göstərilən qayğıdan söz açaraq hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini qeyd diblər.

Sonda qonaqlar “2 fevral - Gənclər günüdür” adlı geniş kitab sərgisi ilə tanış olub.

Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisi
Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031